Ana səhifə
Bələdiyyə sədri
Bələdiyyə haqqında
Fəaliyyətlər
Rayon haqqında
Arxiv
Əlaqə məlumatları
Giriş mesajı
Sədrin müraciəti
Qanunvericilik bazası
Bələdiyyə vergiləri
Faydalı keçidlər
XƏBƏRLƏR VƏ ELANLAR
07.06.2009
Xətai bələdiyyəsində kadr məsələsinə baxılmışdır.»»»
24.03.2009
Yerli (bələdiyyə) büdcəyə fiziki şəxslərin əmlak vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında »»»
03.03.2009
Konstitusiyaya aşağıdakı dəyişiklik və əlavələr təqdim olunur.»»»
Bələdiyyəyə sözüm var

 Xətai rayon Xətai bələdiyyəsi Yerli demokratiyanın inkşafında vətəndaşların iştirakının və hüquqi biliklərinin artırılması məqsədi daşıyan "Azərbaycanda Yerli Demokratiya Həftəsi" ərzində bələdiyyələr "seçicilərimizi eşidək" adı altında aşağıdakı tədbirləri həyata keçirir:

1) Xətai rayon Xətai bələdiyyəsinin sədri, komissiya sədrləri və eləcədə hər bir bələdiyyə üzvü açıq, həm də qapalı yerlərdə vətəndaşlarla görüşşlər keçirəcək. Bu məqsədlə görüşlər klublarda, mədəniyyət evlərində, idarə və müəssisələrdə, məktəb binalarında o cümlədən açıq yerlərdə məhəllələrdə və əhalinin sıx toplaşdığı ərazilərdə keçirilməsi nəzərdə tutulub.

2) Görüşlərin vaxtı və yeri barədə bələdiyyənin binasının qarşısında və əhalinin sıx toplaşdığı ərazilərdə, eləcə də xetai.belediyye.az saytından ala bilərsiniz.

3) Bu görüşlərdə bələdiyyə sədri və bələdiyyə üzvləri görülmüş işlər barədə geniş hesabat verəcəklər. Eyni zamanda bələdiyyə ərazisində olan mövcud problemlər barədə açıq müzakirələr aparılacaq və həmin problemlərin həlli üçün lazımi tədbirlər görüləcək.

4) Yerli demokratiya həftəsi ərzində vətəndaşlarla keçiriləcək görüşlərdə vətəndaşlar öz sözlərini sərbəst, açıq ifadə edə bilərlər.

5) Vətəndaşların irəli sürdüyü hər bir təklif və sosial sifariş qeyd olunacaq müvafiq tədbir görülməsi üçün icraata götürələcək.

6) Bələdiyyənin rəsmi saytında bu haqda ayrıca səhifə "bələdiyyəyə sözüm var" pəncərəsi fəaliyyət göstəcəkdir. Bundan başqa Xətai bələdiyyəsinin rəsmi internet saytı bütün gün ərzində vətəndaşların xidmətindədir. Arzu və təkliflərinizi, sual və şikayətlərinizi internet vasitəsilə bir başa saytdan Online rejimində göndərə bilərsiniz. İstənilən müraciət nəzərə alınır və qeydiyatdan keçir.

7) Həftə ərzində görüşlərdə aşağıdakı şuarlardan istifadə olunması məqsədəmüvafiq hesab edilir:

- "Azərbaycanda Yerli Demokratiya Həftəsi"-ni dəstəkləyirik

- "Azərbaycanda Yerli Demokratiya Həftəsi"-ndə fəal iştirak edək

- "Yerli demokratiyanı inkşaf etdirək"

- "Şəffaflıq demokratiyanın əsasıdır"

- "Bələdiyyə-vətəndaş əlaqələrini möhkəmləndirək"

 
Copyright © 2007